+


GPS monitorinq sistemi

   GPS – Dünyanın müxtəlif nöqtələrində obyektin koordinatlarını yüksək dәqiqliklә tәyin etmәyә imkan verәn peyk naviqasiya sistemidir.

   Təklif etdiyimiz monitorinq sistemi iki әsas komponentdәn ibarәtdir:

      -  GPS treker qurğusu

      -  monitorinq veb-saytı


   Avtomobillərin koordinatlarına onlara quraşdırılan xüsusi GPS qurğuları vasitəsilə internet üzərindən veb-serverə ötürülərək real-vaxt rejimində monitorinq edilməsi mümkündür. Qurğu koordinat ötürməklə yanaşı eyni zamanda mühərrikin işlək olub-olmaması, mühərrikin moto saatını, qapıların açıq olub-olmamasını, yüklәnmә, meyl bucağı, yanacaq çəninin hәcminin pozulması vә s. GSM xətti üzərindən peyk vasitəsilə təyin edilir və məlumatları veb-serverə ötürür.


   İstifadәçilər öz şəxsi kabinetlərinə daxil olmaqla sahib olduqları avtomobillərə istifadə etdikləri əməliyyat sistemindən asılı olmayaraq veb-brauzer üzərindən nəzarət edə bilərlər. Bütün bu proses istifadəçinin xəbəri olmadan GPS qurğu tərəfindən alınan məlumatların verilənlər bazasına yazılaraq istifadəçilərə təqdim edilməsindən ibarətdir. Təkminləşdirilmiş veb-interfeys vasitәsilә monitorinq sisteminә internetә çıxışı olan istənilən qurğudan qoşulmaq mümkündür. Sistem real vaxt rejimindә istifadəçinin sahib olduğu bütün avtomobillərin hәrәkәtini xәritә üzәrindә görmәyә, statistikaya nәzәr salmağa, vaxt, keçilәn marşrutlar, sürәt hədləri vә digər mәlumatlardan ibarәt әtraflı hesabatlar hazırlamağa imkan verir.

   Hәr bir istifadәçi öz tәlәblәrinә cavab verәn hesabat forması yarada bilər. Hesabatın mәzmunu istifadәçi tәrәfindәn tərtib olunur. Sistemdәki hesabatların әksәriyyәti müәyyәn kriterilәr әsasında obyektin tarixçәsindәn zaman aralıqlarının seçilib götürülmәsi ilә әlaqәdardır. Buraya gedişlәr, dayanacaqlar, reyslәr, coğrafi zonalar vә küçәlәr üzrә hesabatlar, elәcә dә ötürücülәrin işi vә sürәtin aşılması vә s. üzrә hesabatlar daxildir.


   İstifadəçi sistemə daxil olaraq özünə cədvəl yarada bilər və bununla da o, elektron poçt vasitəsilə müntəzəm olaraq təyin etdiyi şəkildə hesabatları əldə edə bilər.

   Sistemdə obyektin davranışı (məsələn, sürəti aşması, olduğu yer, ötürücülərin göstəricisi və s.) ilə bağlı xəbərdarlıq etmək funksiyası da mövcuddur. Xəbərdarlıqlar real-vaxt rejimində veb-saytda, bildiriş şəklində elektron poçt vasitəsilə və ya saytda nəzərdə tutulmuş menyuda hesabatlar şəklində göstərilə bilər. 

   Sistem hər bir nəqliyyat vasitəsi üçün ayrıca marşrut yaratmağa, bu yaradılmış marşrutdan kənara çıxmalara nəzarət etməyə, tamamlanmış və ya natamam marşrutlara, gecikmə və ya vaxtından əvvəl gəlmələrə baxmağa imkan verir. Avtomobilin hansı marşrut üzrə hərəkət etdiyini görmək üçün lazımi periodu seçməklə cığır qurmaq kifayətdir. Xəritədə istər bir, istərsə də bir neçə müxtəlif avtomobil üçün eyni zamanda bir neçə cığır qurula bilər. Obyektin hərəkəti zamanı çəkilən trayektoriya xətti sürət həddinin aşılmasından və ya göstərilən marşrutdan kənara çıxmalardan asılı olaraq müxtəlif rənglərlə ifadə olunur.

Subscribed