İdarəetmə sistemləri

          Dünya iqtisadiyyatının dinamik inkişafın müxtəlif sahələrdə koorperasiyaların böyüməsinə və resursların çoxalmasına səbəb olur. Çoxalan resursların idarə olunması üçün effektiv həllər tətbiq olunmadıqda ortaya böyük idarəetmə zərərləri çıxa bilir. Bu zərərlərin qarşısının alınması  və resurların faydalı iş əmsalının yüksəldilməsi üçün düzgün idarəetmə siyasətinin qurulması ilə yanaşı doğru həllərin də seçilməsi önəmlidir. İdarəetmə sistemləri müxtəlif sahələrdə həm personalın və resursların idarə olunması həmçinin də müxtəlif tip avadanlıqların və sistemlərinin idarə olunmasında istifadə olunur. Avadanlıqların komleks idarə sistemləri SCADA(Supervisory Control and Data Acquisition), kompleks resurs idarə etmə sistemləri isə ERP (Enterprise Resource Planning) adlanır.

 

          ERP və ya müəssisənin idarəetmə sistemi, təşkilatın biznes proseslərinin əsas funksional sahələrini vahid sistemə inteqrasiya etmək məqsədi ilə nəzərdə tutulan modulyar proqram təminatı sistemidir. ERP sisteminə bir çox hallarda modullar adlanan və əsas diqqəti maliyyə və mühasibatlıq, insan resursları, istehsal və materialların idarə olunması, müştərilərlə münasibətlərin idarə olunması və təchizat zəncirinin idarə edilməsi kimi əhəmiyyətli biznes sahələri üzərində cəmləşdirən əsas proqram təminatı komponentləri daxildir. Təşkilatlar, onların konkret fəaliyyətləri üçün ən vacib olduğuna əsasən istifadə edəcəyi əsas modulları seçir.

          ERP proqram təminatını ayrıca fəaliyyət göstərməyi hədəfləyən proqram təminatından əsas fərqləndirən və bir çox tədarükçü və sənaye təhlilçilərinin öz sinfində ən yaxşısı adlandıran cəhəti, müxtəlif ERP proqram təminatı modullarının çıxış əldə etdiyi, bəzilərinin isə konkret biznes prosesdə iştirak edən digər modullarla bölüşdüyü məlumatın ümumi mərkəzi məlumat bazasıdır. Bu o deməkdir ki, ERP-dən istifadə edən şirkətlər, məlumatı yeniləmək məqsədi ilə ikili məlumat daxiletmədən əhəmiyyətli dərəcədə qorunur, çünki sistem məlumatları bölüşür ki, bu da öz növbəsində dəqiqliyi və təşkilatın departamentləri arasında əməkdaşlığı artırmağa imkan verir.

          ERP tətbiqetmə variantlarına lokal və bulud və hibrid adlanan hər ikisinin qarışığı, məsələn xidmət kimi platforma ilə (PaaS) və xidmət kimi insfrastruktur (İaaS) daxildir. ERP tarixən bahalı (çox xərc tələb edən), monolit və kompleks tətbiqlərlə bağlı olmasına baxmayaraq, bulud versiyaları daha asan yayılmaya imkan verir və kiçik və orta biznes subyektləri onlardan əhəmiyyətli şəkildə faydalanırlar.

          Bəzi ERP sistemləri, rəqəmsal transformasiyaya yardım etmək məqsədi ilə Aİ, İoT və qabaqcıl analitika kimi gələcək-nəsil imkan və bacarıqlarını də təklif edir. Şirkətlər ERP-yə adətən artıq cədvəllərdən və kökündən fərqlənən, əksər hallarda isə təcrid olunmuş proqram təminatından imtina etdikdə və böyüməyə imkan yaratmaq üçün ERP sisteminin birləşdirici bacarıq və imkanlarına ehtiyac duyduqda keçir. Bir çox texnologiya məhsullarında olduğu kimi, ERP-ni nə təşkil etdiyinə dair konkret tərif, təchizatçıdan təchizatçıya çox geniş şəkildə dəyişə bilər.

         

          ERP necə işləyir

          ERP sistemləri yalnız biznes məlumatlarını toplayan və cədvəllərdə yaddaşda saxlayan mərkəzləşdirilmiş məlumat bazasına əsaslanır. Məlumatların mərkəzləşdirilmiş şəkildə saxlanılması maliyyə, satış və digər şöbələr kimi yekun istifadəçilərə arzuolunan məlumatlara təhlil üçün tez bir zamanda çıxış əldə etməyə imkan verir.  Müxtəlif şöbələrdə çalışan işçilərin öz cədvəl və hesabatlarının idarə edilməsi əvəzinə ERP sistemləri hesabatların vahid, mərkəzləşdirilmiş sistemdən əldə olunmasına imkan yaradır. ERP-nin bir modulunda, məsələn, müştərilərlə münasibətlərin idarə olunması, insan resursları və maliyyə modulunda yenilənmiş məlumat, mərkəzi, ümumi məlumat bazasına göndərilir. Mərkəzi məlumat bazasındakı müvafiq məlumat daha sonra digər modullarla paylaşılır.

 

          ERP-nin vacibliyi

          Ekspertlər ERP-nin dörd mühüm biznes faydasını sadalayır:

         

          Bir çox hallarda şirkət, kəmiyyətinin müəyyən edilməsi daha asan olduğundan əsas diqqəti ilk iki sahə üzərində cəmləşdirməsinə baxmayaraq son iki sahə də şirkətlər üçün daha əhəmiyyətli təsir yarada bilər. ERP biznes məlumatları təşkilat daxilində real vaxt rejimində təqdim edir ki, bu da şirkətlərə dəyişikliklərə daha tez uyğunlaşmağa və reaksiya verməyə imkan yaradır. ERP sistemlərdə mövcud olan biznes məlumatları müəssisə daxilində daha əsaslandırılmış, düşünülmüş, səriştəli qərarların qəbul edilməsini nəzərdə tutur. ERP sistemlər təchizat zəncirindəki fəaliyyətin səmərəliliyini artırmaq məqsədi ilə məlumatları üçüncü tərəf tərəfdaşlar və təchizatçılarla ilə də bölüşə bilər.

 

          ERP sistemlərinin üstünlükləri

          ERP çoxlu üstünlüklər təklif edir və onların əksəriyyəti məlumatların bölüşərək birgə istifadəsi və standartlaşdırması ilə bağlıdır. ERP komponentləri ayrıca faəliyyət göstərən sistemlərlə müqayisədə məlumatları daha asan şəkildə bölüşə bildiyindən onlar işi gündəlik idarə etmək məqsədi ilə şöbələrarası biznes proseslərini daha asan edə bilər. Onlar məlumatlardan bir çox ERP sistemlərinin özündə ehtiva etdiyi xüsusilə də daha yeni texnologiyaların köməyi ilə daha yaxşı nəticələr çıxarmağa da imkan yarada bilər. Həmin texnologiyalara güclü təhlil, kömpüterin öyrədilməsi və sənaye İoT bacarıqları daxildir.

 

       Bundan əlavə ERP proqram təminatı:

         

          Üstünlüklər və çatışmazlıqlar

          Bir çoxları ERP proqram təminatını müəssisələr üçün bir tələb olaraq hesab edir – xüsusilə də maliyyə kimi əsas biznes bölməsi üçün və bu, böyüməkdə olan kiçik və orta biznes subyektləri üçün də demək olar ki eyni dərəcədə düzdür. Şirkətlərin yaratdığı həqiqi məlumatlar həcmi, qlobal biznes landşaftının və müasir müştəri tələbatlarının mürəkkəbliyi ilə yanaşı, biznes proseslərinin səmərəliləşdirilməsini və məlumatların idarə olunmasını və optimallaşdırılmasını çox daha əhəmiyyətli etmişdir. ERP proqramı təminatı sistemi adətən həmin bacarıqlarının təməlində dayanır.

         

 Digər tərəfdən, ERP-nin tətbiqinin üstünlükləri və çatışmazlıqları da vardır.

          Üstünlüklər:

         

          Çatışmazlıqlar:

         

          SCADA (supervisory control and data acquisition) energetika, neft-qaz, su, enerji və bir çox digər sahələr kimi sənayerlərdə istifadə olunan avtomatik idarəetmə sistemidir. Sistem, sənaye qurğusundan tutmuş ölkə boyu zavod və qurğular kompleksinə qədər olmaqla bütöv sahələrin monitorinqini aparan və həmin sahələrə nəzarət edən mərkəzləşdirilmiş sistemə malikdir. SCADA sistemi, verilmiş konkret sistemdə istifadəçini hər hansı avadanlığın uzaqdan idarəetmə (nəzarət) vasitələri ilə təmin etmək məqsədi ilə kanallar vasitəsilə ötürən siqnalları işlətməklə çalışır. O həm də bölüşdürülmüş məlumat bazasını və ya qurğu boyunca nişan və ya nöqtələr olan nişan məlumat bazasını tətbiq edir. Həmin nöqtələr, mərkəzləşdirilmiş idarəetmə otağında SCADA sistemi tərəfindən monitorinqi və ya idarə olunan tək giriş və ya çıxış qiymətini təmsil edir. Nöqtələr bölüşdürülmüş məlumat bazasında qiymət-vaxt işarəsi cütlüyünda saxlanılır. Proqramlaşdırılan məntiqi kontrollerin (PLC) qeydiyyat yolları və həyəcan siqnal statistikası kimi meta-məlumatları əldə etmək üçün SCADA sistemlərinin quraşdırılması da geniş yayılmış bir haldır.

         

          Bu sistemlərin verilmiş konkret infrastrukturu sadələşdirilməsinə baxmayaraq onların komponentləri kifayət qədər mürəkkəbdir. SCADA sisteminin beş əhəmiyyətli tərkib hissəsi vardır:

 

          HMİ hər bir nişandan olan məlumatları emal edir və insan operatora göndərir və o, daha sonra sistemin monitorinq və ya nəzarət edə bilər. Nəzarət sistemi hər bir nişandan göndərilən məlumatları toplayır və komanda və ya əməliyyatları prosesə göndərir. RTU sensorları birləşdirir və onların siqnallarını rəqəmsal məlumatlara çevirir və nəzarət sisteminə göndərir ki, onlar da bölüşdürülmüş məlumat bazasında saxlanıla bilər. PLC səyyar cihazlar kimi istifadə olunur, çünki onlar konkret prosesə bağlı olan RTU-lara nisbətən daha çox dəyişkən və qənaətçildir. Son olaraq kommunikasiya infrastrukturu nəzarət sisteminə, daha sonra isə RTU və PLC-ə birləşməni təmin edir ki, istifadəçi komanda verə bilsin. Kommunikasiya infrastrukturu, elektrik şəbəkələri, su təsərrüfatı və boru kəmərləri marşrutu ilə keçən məsafədən idarə olunan RTU/PLC-dan ötürən məlumatlar üçün zəruridir. Kommunikasiya, düzgün fəaliyyət göstərmək üçün SCADA sistemi üçün ən yüksək əhəmiyyət kəsb edən keçiddir, lakin nə qədər sistem yaxşı HMİ-dən RTU və PLC-ya kommunikasiyanı fundamental olaraq idarə edərsə, SCADA sistemi bir o qədər uğurlu ola bilər. Verilmiş konkret infrastruktur üçün sadə SCADA sisteminin necə göründüyü aşağıdakı şəkildə verilmişdir:

          Fəaliyyətin optimallaşdırılması

          Enerji, elektrik və su təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlər ölçmə və tənzimləmə işlərinin yerinə yetirilməsi üçün hələ də fiziki əməkdən istifadə etsə də, həmin vəzifələri SCADA sistemləri ilə asanlıqla avtomatlaşdırmaq olar. Çərçivədə avtomatlaşdırmadan istifadə etməklə işçi qüvvəsinə çəkilən xərclər azaldıla, ölçmə və ya tənzimləmə ilə bağlı yaranan səhvlər minimuma endirilə bilər. Elə görünə bilər ki, SCADA sistemləri sadəcə bölüşdürülmüş məlumat bazasında məlumatı emal edir və saxlayır, lakin sistemin özü ilə bağlı daha çox mürəkkəbliklər vardır. Sistem fiziki əmək ilə müqayisədə çoxlu sayda üstünlüklər verir və həmin üstünlüklərin sırasına artıq işçi qüvvəsi sahəsində tənzimləmələrin aparılması, tarix və sutkanın vaxtı qeyd edilmiş məlumatın sabit ehtiyat nüsxələrinin hazırlanması və təhlükəsiz həyəcan siqnalı sistemini aid etmək olar. Qurğu, şəbəkə və ya boru kəməri boyunca səhvlərin yoxlanılması üçün insanlardan istifadə etmək əvəzinə SCADA sistemdəki problemləri aşkar edən yazılardan istifadə edir və işdə fasilənin yaranmaması üçün sistemi tez bir zamanda tənzimləyir. Diqqətsiz qalmış iş fasiləsi yaransa belə, SCADA sisteminin bölüşdürülmüş məlumat bazası nasazlığın yerini müəyyənləşdirmək üçün dərhal işçilərə kömək edəcək. Həmçinin avtomatlaşdırılmış sistem işə fasilə səbəbindən meydana gələn elektrik enerji verilişinin bərpa vaxtını əhəmiyyətli dərəcədə artır; idarəetmə otağından düyməni sıxmaqla işçi elektrik açarlarını işə sala və elekrik enerjini mənfi təsirə məruz qalmamış bölmələrə istiqamətləndirməyə kömək edə bilər.

         

 

          Hal-hazırda SCADA sistemlərində bulud hesablamaları (məlumat emalı) gücü vardır; bu sistemlər real rejimə yaxınlaşdırılmış dəqiqlik barədə məlumat verə və bulud mühitinin daha mürəkkəb alqoritmləri yerinə yetirmək üçün istifadə edə bilər. Həmin alqoritmlərin ənənəvi PLC və ya RTU-larda digər üsulla yerinə yetirilməsi mümkün olmayacaq. Qurğuda olmadan belə işçilər şəbəkələr, saxlanc yeri, serverlər və avadanlığa nəzarət vasitələri kimi hesablama resurslarına çıxış əldə edə bilərlər. Bulud hesablamaları (məlumat emalı) iki üsulla dəstəklənə bilər: SCADA sistemi bilavasitə fəaliyyət göstərildiyi yerdə, birbaşa kommunikasiya infrastrukturuna qoşulmuş vəziyyətdə məlumatı buluda çatdırmaqla işləyir və ya SCADA sistemi tamamilə bulud şəbəkəsində və məsafədən olmaqla kommunikasiya infrastrukturuna qoşulmaqla çalışır. Nəzarət vasitələrinin birbaşa fəaliyyət göstərildiyi yerə çıxışı praktiki cəhətdən nə qədər mümkün olsa da SCADA tətbiqləri vasitəsilə bulud hesablamaları (məlumat emalı) kiberhücumlara hələ də çox həssasdır. Sistem hücuma məruz qalarsa, hakerlər şirkəti müəyyən təsirə məruz qoya və müştəriləri qeyri-ixtiyari olaraq digər xidmət təchizatçısına keçməyə təkan verə bilən təşkilati məlumat və resurslara çıxış əldə edə bilər. Bulud hesablamaları (məlumat emalı) üsullarını istifadə edərkən adi SCADA proqramının şəkli aşağıda verilmişdir.

 

          SCADA təhlükəsizliyi

          Bir vaxtlar mühəndis, operator və sistem mütəxəssislərinin əllərində olan ayrıca qurğularla müqayisədə SCADA sistemləri açıq (ictimai) şəbəkələrə təhlükəsiz birləşmələri hər zaman prioritetləşdirmirdi ki, bu da bir çox SCADA platformalarını hücuma açıq vəziyyətdə qoyurdu. İndiki dövrdə işləmək və istifadəçiləri tərəfindən işlədilmək məqsədi ilə təhlükəsiz SCADA platforması üçün tələb olunan çoxsaylı standartlar tələb olunur. Həmin prosedur və standartların hər hansı biri düzgün tətbiq edilmirsə SCADA platforması hücum və viruslar üçün açıq ola bilər. Lakin bütün bu prosedur və qabaqcıl üsullarla belə bəzi mövcud SCADA şəbəkələrinin dizayn və istismarında həqiqiliyin yoxlanılaraq təsdiqlənməsinin ciddi çatışmazlıq vardır. Bu sistemlərin elektrik şəbəkələrinə, neft-qaz boru kəmərlərinə və su təsərrüfatına nəzarət etməsinə baxmayaraq, bu sistemlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində çox ciddi iş aparılmalıdır, çünki bu cəmiyyətin bir çox sahələri üçün kütləvi problemlərə gətirib çıxara bilər.

          SCADA platformalarının çoxlu sayda fayda və üstünlüklərə malik olmasına, xərclərin və sistemin boşdayanma vaxtının azalmasını təmin etməsinə baxmayaraq üzərində işin aparılması tələb olunan bir çox təhlükəsizliklə bağlı təhdidlər hələ də mövcuddur. SCADA platformalarının niyyəti, istifadəçilərə PLC/RTU-lara tez bir zamanda çıxış təmin etmək və avadanlıq üzrə nəzarət sistemlərinin istifadəçi interfeyslərinə sadələşdirilmiş inteqrasiyanı təmin etməkdir. Bu sistemlər əla bir alət ola bilər, lakin HMİ-lər vasitəsilə onların ciddi şəkildə monitorinqi aparılmalıdır. Məsələn, sistem mühərriki və ya elektrik cərəyanı yandıra və ya söndürə və avadanlığı yerli qaydada istismar edə (işlədə) bilər.