Yeni əsrdə informasiya texnologiyalarının sürətli inkişafi daha çox informasiyanın emalı gətirib çıxarır. İnsanlar daha öncə hər hansı məsələni həll etməyə 10 illər sərf edirdilərsə artıq texnologiyalar milyardlarla müxtəlif tip çətin məsələni bir saniyədə həll etmək iqtidarındadır. Son zamanlar yaranan İOT, Blockchain, AI, kimi texnologiyalar yer kürəsində emal olunmalı məlumatın sayının dəfələrlə artmasına səbəb olur. Bu zaman artıq ənənəvi server və hesablama texnikası metodları böyük informasiya axını qarşısında aciz qala bilir. BİG DATA anlayışı və onun idarə edilməsi üçün müxtəlif metodlar və texnologiyalar kəşf olunur. Bütün proqresin ortasında informasiya yarışı yalnız şirkətlər arasında deyil dövlətlər arasında da yaranır. Təyinatından asılı olmayaraq istənilən müəssisə və ya qürum daha çox məlumatlı olmaqla irəliyə keçə bilir. Bu zaman məlumatların emalı üçün düzgün həllərin seçilməsi çox vacibdir. Çünki bir çox hallarda yalnış həllərin seçimi zaman itkisi ilə yanaşı məlumat itkisinə də gətirib çıxarır ki, bu da öz növbəsində biznes riskləri yaradır.
Müəssislərdə bir çox proseslərin avtomatlaşdırılması, strukturlar arası kommunikasiya, server proqramlarının tətbiqi, müxtəlif sistgemlər arasında inteqrasiya həlləri bir çox məsələlərin öhdəsindən qısa zamanda daha effektiv gəlməyə imkan yaradır. Bunun misalında yüksək texnologiyalar və innovasiyalara dayanan inkişafı bank və maliyyə sektorunnda görmək mümkündür. Artıq denya maliyyə sistemi ənənəvi metodlardan kənara çıxaraq daha irəli texnologiyaların köməkliyi ilə internet bankçılıq, sürətli pul köcürmələri, kriptovalyutalar, mobil bankçılıq kimi xidmətləri ilə lokal və qlobal bazarlara çıxırlar.
İnkişaf edən texnologiyalar yalnız maliyyə sektorunda yox həmçinin səhiyyə, ədliyyə, güc strukturları, təhsil, beynəlxalq daşınmalar, turizm, telekommunikasiya və nəqliyyat sektorunda da bir çox yeni xidmətlərin yaranmasına ənənəvi xidmətlərin isə dəfərlə sürətli fəaliyyətinə zəmin yaradır. Bütün bu texnoloji sıçrayışlar dünyada qloballaşma prosesinin sürətlənməsinə gətirib çıxarır.
Böyük həcmli məlumat emalı və qlobal proseslərin avtomatlaşdırılması üçün Data mərkəzilərin qurulması vacibdir. Data Mərkəzlər yerinə yetirəcəyi funksiyadan asılı olmayaraq düzgün həllərin tətbiqi ilə yüksək dayanıqlılığa və təhlükəsizliyə malik olmalıdır. Bu zaman data mərkəzin qurulması və düzgün nəticənin alınması üçün beynəlxalq standartlara uyğun olaraq Data Mərkəzin tikinti mərhələsindən etibarən düzgün planlama aparılmalı və yük keyfiyyətli material və texnologiyalardan istifadə olunmalıdır. İT Bridge standartın asılı olmayaraq istənilən növ data mərkəzlərin sıfırdan tam işlək vəziyyətə gətirilənə, müştərinin qarşıda qoyulan tapşırıqlarını və məlumat emalını yerinə yetirə biləcək hala salına qədər qurulmasını həyata keçirir. Bura Data mərkəzlərin beynəlxalq standartlara uyğun tikilməsi, təhlükəsizlik sistemlərinin qurulması, elektrik və soyutma sistemlərinin qurulması, informasiya təhlükəlsizliyi və informasiya emalı lazımi sistemlərinin qrurulması və
inteqrasiyasını həyata keçirir.