+


IPADOS 13: 8 yeni xüsusiyyət hansı ki, onları mütləq sınamalısınız

Apple şirkəti tabletləri üçün istifadə etdiyi əməliyyat sistemini indiyə kimi fərqli şəkildə inkişaf etdirir və bu il Apple dəyişklik etdi, iPadOS 13 əməliyyat sistemini iOS13 əməliyyat sistemindən fərqli çərçivədən əhatə etdi. Bu əməliyyat sistemi hələ də iOS 13 əməliyyat sisteminə oxşardır. Buna görə də, bu həftə iPad-inizi açdıqda MacBook-da gördüyünüz interfeysi gözləməyin.

Digər tərəfdən baxdıqda isə iPadOS əməliyyat sistemində şübhəsiz ki, iPad-in MacBooka bənzəməsi üçün ciddi dəyişikliklər var. Faylların idarə olunması inkişaf etdirilib, Vebsaytlar Safari brauzerində iş masasında olduğu kimi görünürlər və sensor ekranın istifadəsi daha rahatdır.

Biz düşünürük ki, sizin sınamalı olduğunuz bir qrup yeniliklər var. Lakin bu yenilikləri sınamazdan əvvəl smartfonunuzdakı mobil tətbiqlərin yeniləndiyindən əmin olmalısınız.

Qaranlıq rejimi yandırın

Qaranlıq rejim həm iPadOS 13, həm də iOS 13 üçün ən yeni xüusiyyətdir. Sizi Siriyə sadəcə olaraq “turn on Dark Mode (Qaranlıq rejimi yandır)” deyərək rejimi aktivləşdirə bilərsiniz. Bundan əlavə bu rejimi Settings (Parametrlər) və Control Center (nəzarət mərkəzi) bölmələrindən də aktivləşdirmək mümkündür.

Bu rejim vasitəsilə qaranlıqda smartfondan istifadə asnlaşır və sadəcə olaraq ekran daha yaxşı görünür.

Vidjetləri əsas ekranda yerləşdirin

Elədir ki, var! İndi iPad-inizin əsas ekranında vidjetləriniz olacaq. iPad-in əsas ekranının sol tərəfində Hava məlumatları, Kalendar, Apple News kimi vidjetlər üçün ayrı sütun var və siz istənilən tətbiqi bu sütunda öz istəyinizə uyğun yerləşdirə bilərsiniz. Daha çox vidjet əlavə etmək üçün vidjet bardakı düyməni aşağı çevirin və açılan pəncərədəki EDİT düyməsini klikləyin.

Başqa yolla Settings Display & Brightness (Parametrlər > Ekran və Parlaqlıq) bölməsinə keçid edərək Home Screen Layout (Əsas səhifə tərtibatı) bölməsini seçin. More düyməsinin seçildiyindən əmin olun. Bundan sonra vidjet bara keçmək üçün siz ekranı sadəcə olaraq sağa sürüşdürməlisiniz.

Safari-də Veb səhifə açın

İstənilən vebsayt Safaridə açılacaq (adətən açılır). Əslində iPad-də olan Safari vebsaytlara müraciət etdikdə özünü Mac kimi təqdim edir. Burdan belə çıxır ki, iPad-də vebsaytlar mobil versiya ilə yox, desktop versiyası ilə açılacaq. İndiyə qədər iPad-lərdə vebsaytların istifadəsi narahat idi. Çünki iPad-də saytın menusu mobil versiyaya uyğun idi və bu menuların istifadəsi iPad ekranı üçün uyğun deyildi. Bundan əlavə bəzi interfeyslərin istifadəsi də çətinləşirdi. Bu yenilik ilə isə artıq bu problemlərə görə iPad-də narahat olmağa dəyməz.

Bu siyahını uzatmaq olar, lakin bu yeniliklər belə iPadOS əməliyyat sistemini məşhur edən əsas xüsusiyyətlərdəndir. Bütün yeniliklərlə tanış olun və siz həmin an MacBook-u istifadə etməkdənsə rahatlıqla iPad-i istifadə etməyə başlayacaqsınız.

 

 

Subscribed