Mozilla 2020-ci ilin mart ayından etibarən Firexfox 74-dən başlayaraq brauzerin yenilənməsini hər 4 həftədən sonra təmin edəcək. Çərşənbə axşamı Mozilla şirkəti Firefox yayımlarını sürətləndirəcəyini, yeniləmələr arasındakı intervalın dörd həftəyə qədər azaldacağını bildirdi.
Firefox brauzeri 2011-ci ildən nisbeten daha sürətli yenilənmə mərhələsində idi, təxminən 6-8 həftə intervalında yenilənmələr olurdu. Mozilla şirkəti daha sürətli cədvələ keçdikdə isə bu hərəkət Google şirkətinin Chrome brauzerinə olan reaksiya olaraq göründü. Bundan əvvəl Mozillanın yenilənmələri arasında 1 il və daha çox müddət olurdu.
İndi, bu yalnız 4 həftə olacaq.
Firefox idarəetmə qrupunun lideri və məhsul bütövlüyünün baş direktoru "Biz öz yenilənmələrimizin çevikliyinin artırılmasını tənzimləyirik və sizin üçün yenilənmələri sürətləndiririk." deyə bildirib. Bundan əlavə "Yenilikləri bazara daha tez çıxarmaq istəyirdik və bunu üzərində işləyən qruplarımız daha yaxşı nəticəni qısa zamanda almaq üçün çalışırlar." deyə qeyd ediblər.
Kothari və Or qeyd edib ki, bu il Mozilla daha sürətli tempdə işləyəcək. Hal-hazırda olan Firefox 69 ilə yeni gələcək Firefox 70 arasındakı intervalın 7 həftə olacağını, sonrakə yenilənmənin isə, yəni Firefox 70 ilə Firefox 71 arasındakı intervalın isə 6 həftəyə kimi azalacaq. Sonrakı iki yenilənmə, yəni Firefox 72 və Firefox 73 yenilənmələri uyğun olaraq yanvar və fevral aylarında gələcəklər və bu yenilənmələr arasındakı interval 5 həftə olacaq. Firefox yenilənməsində isə bu müddət 4 həftəyə kimi azalacaq, hansı ki, bu mart ayında reallaşacaq.
Kothari və Or planlaşdırılmış yeni cədvəli göstərdilər. Cədvələ əsasən Firefox 2020-ci ildə təxminən 13 və ya öncəki illərdən 2 dəfə çox yenilənmə gətirəcək. Mozilla 7 yenilənmə 2017-ci ildə və daha 7 yenilənmə isə 2018-ci ildə gətirmişdi və bu il də eyni sayda yenilənməni planlayır. 2018-ci ildə yenilənmələr arasındakı interval 56 gün idi, hansı ki, bu planlanan 4 həftəlik intervaldan 2 dəfə çoxdur.
Kothari və Or qeyd edib ki, inkişafın qısa periodlarını hesablamaq ile Mozilla yeni betaların kəsilməsi və paylanması sürətini artıracaq. "Biz Firefox Nightly-də bugün olduğu kimi daha sürətli betaların qurulmasına çalışırıq." deye bildirdilər.
Və baxmayaraq ki, hal-hazırda müştərilərin köhnə versiyadan yeni versiyaya keçməsi əvvəlkindən daha vacibdir, Mozilla yeni Firefox versiyalarında hər hansı bir problemin çıxması halında bunun heç kimə təsir etməməsini təmin etmək niyyətindədir.