StackOverflow saytından götürülən məlumatlara əsasən JavaScript developerləri, onların ən çox istifadə etdikləri alətlər və texnologiyalar haqqında biliklər əldə olundu. JavaScript hələ də dünyanın ən məşhur proqramlaşdırma dilidir.
90000 developer StackOverflow saytında keçirilən sorğuda iştirak etdi və sorğunun nəticələri bu sahə haqqında alınan hərtərəfli nəticələrdən biridir.
Əsasən JavaScript developerlərinin çoxu özlərini "full stack developer" adlandırırlar. Hansı ki, onlar "front-end" və "back-end" işləri ilə məşğul olurlar.
Təəccüblüdür ki, JavaScript web proqramlaşdırma dili kimi nəzərdə tutulmağına baxmayaraq onu istifadə edənlərin əksəriyyəti "back-end" yönümlüdür. Yəqin ki, bu Node.js-in server tərəfdə "runtime" mühiti kimi istifadəsinin getdikcə məşhurlaşmasına ilə əlaqədardır. JavaScript framework-lərinin artması dilin müxtəlif sahələrdə tətbiq olunmasına şərait yaratmışdır. React Native, məsələn, mobil tətbiq etmələrin hazırlanması zamanı JavaScript dilindən istifadə etməyə imkan verən framework-dür. Electron isə desktop tətbiqlərinin hazırlanmasında JavaScript-dən istifadə etməyə imkan verir.
Çox yönümlülük JavaScript developerlərinin həyatında özünü bir çox tərəfdən göstərir. JavaScript-dən əsasən desktop və ya müəssisələr üçün yazılmış tətbiqlər və mobil tətbiqlər yazılmasında istifadə olunur.