Ağıllı sistemlər

         İnsan həyatının müstəlif sahələrində ağıllı sistemlərin tətbiqi bir çox məsələlərin daha asan və düzgün həllinə imkan yaradır. Məişət və koorporativ şəraitlərdə müxtəlif proseslərin insan müdaxiləsi olmadan ağıllı idarə olunması artıq günümüz üçün adi haldır. Smart sistemlər insanın gündəlik həyatında sıx istifadə olunmaqdadır. Belə ki, ağıllı evlər, avtomobillərin ağıllı idarə olunması, əşyaların inyterneti və ağıllı telefonlar kimi texnologiyalar həyatımızın bir hissəsinə çevrilib.

          Bundan başqa ağıllı sistemlər müxtəlif koorporativ və struktur sahələrində geniş tətbiq olunur. İnnovativ tətbiq vasitələri ilə aşağıda göstərilən sektorlarda ağıllı sistemlərinn tətbiqi yeni imkanlar yaratmaqla yanaşı bir çox mürəkkəb məsələlərin öhdəsindən asalıqla gəlməyə imkan yaradır:

 

 

           Qeyd olunan sahələrdə tətbiq olunan ağıllı sistemlərə misal intellektual cərrahiyyə, ağıllı diaqnostika, intellektual tədris, məsafədən təhsil, istehsaltda ağıllı idarəetmə, intellektual üz tanınma və axtarış sistemləri, ağıllı şəhər, ağıllı KYC, ağıllı ferma və ağıllı arı yeşikləri, ağıllı izləmə, smart kontrakt və sairləri göstərmək olar. Qeyd olunan sahələr üzrə bu və digər ağıllı sistemlərin tətbiqini İT Bridge şirkəti öz müştərilərinə təklif edir. Tətbiq olunan sistemlər yüksək keyfiyyəti və effektivliyi ilə tətbiq olunma sahəsində bir çox məslənin daha tez və düzgün həllinə imkan yaradacaqdır. Tətbiq olunma sahəsinə uyğun oluraq seçilən ağıllı sistemlər ən müasir texnologiyalara əsaslanmış və sınaqdan keçərək özünü doğrultmuş sistemlər olur.