+


SCADA sistemi

Bizim SCADA sistemimiz, bərpa olunan aktivlərin idarə olunması üçün sadə, çevik və “hamısı-birində” olan orijinal avadanlıq istehsalçısının müstəqil həllidir. O, istifadəçiyə optimallaşdırılmış fəaliyyət və maksimal mənfəət təqdim edir. 

Bizim SCADA sistemimiz, biznesinizə (müəssisənizə) dəyər qatmaq məqsədi ilə daima yenilənir və inkişaf etdirilir. Qabaqcıl nəzarət və proqnozlaşdırma alətləri vasitəsilə o sizə, fəaliyyəti optimallaşdırmağa, boş dayanma vaxtını və texniki xidmət və təmir xərclərini azaltmağa imkan verir. Avtomatik bildirişli öncədən quraşdırılmış qəza siqnalları və hadisələr hər zaman təhlükəsiz və etibarlı istismara zəmanət verir.

 

AKTİVLƏRİNİZƏ BÜTÜN SƏVİYYƏLƏRDƏ NƏZARƏT EDİN

Sahədə və ya ofisinizdən. Sizin aktivləriniz – Sizin seçiminiz. 

Sistem orijinal avadanlıq istehsalçısının SCADA-sını və ya hər hansı digər mövcud 1-ci səviyyəli SCADA sistemini əvəzləyə bilər. O, müxtəlif turbin brendlərinin və müxtəlif 1-ci səviyyə sistemlərinin toplusu boyunca vahid 2-ci səviyyəli SCADA sistemi qismində çıxış edə bilər.

İndi isə sizə hansı sistem həllini ən yaxşı uyğun gəldiyini öyrənək:

  1. AKTİVLƏRİNİZİN MONİTORİNQİNİ SAHƏDƏ APARIN

1-ci səviyyəli SCADA sistemi (sahə serveri) olaraq SCADA həlli, yerli orijinal istehsal avadanlığının SCADA sisteminə çıxış əldə etməklə və ya turbin tənzimləyicisi ilə birbaşa qarşılıqlı əlaqə yaratmaqla sahədə monitorinq, təhlil, hesabat və nəzarət etməyə imkan verir.

  1. ÇOXSAYLI AKTİVLƏRİ BİR PROYEKSİYADA İDARƏ EDİN

2-ci səviyyəli SCADA sistemi olaraq bizim SCADA sistemi həllimiz turbin növlərinin və istehsalçı brendlərinin müxtəlif toplusu boyunca baş idarənin monitorinqinə, təhlilinə, hesabatına və nəzarətinə imkan verir.

 

QURĞU VƏ PARK MONİTORU

Faktiki status üçün operativ məlumat təqdimatı.

Qurğu monitoru modelinə bizim SCADA sisteminə birləşdirilmiş bütün qurğular üçün operativ məlumatın axınla ötürülməsi daxildir ki, bu da istifadəçiyə əsas məlumatlar haqqında ümumi təəsüfat əldə etməyə imkan verir.

Park monitoru modulu seçilmiş qurğular üçün əvvəlki dövrlərə aid istehsal məlumatlarına və istehsal büdcələrinə çıxış təklif edir.

 

HESABATLAR

Hesabat modulu, qurğunun fəaliyyətinə, hadisələrin statistikasına və ya digər maraq kəsb edən məqamlara dair ümumi məlumat təqdim edən standart hesabatlar çeşidindən ibarətdir.

 

QƏZA SİQNALLARI VƏ HADİSƏLƏR

Qurğu üçün toplanılmış əvvəlki dövrlərə aid qəza siqnallarına və hadisələrə çıxış təqdim edir. Geniş çeşidli filtrlərdən istifadə etməklə çoxsaylı qurğular seçmək və onları konkret hadisələr və ya baxışlar üzrə filtrdən keçirmək mümkündür.

 

MƏLUMAT PLOTTERİ (QRAF QURUCUSU)

Məlumat plotter (qraf qurucusu), OneView® SCADA məlumat bazasında saxlanılan əvvəlki dövrlərə aid məlumatların, vaxt və məlumata münasibətdə seçilmiş müddətin seçilmiş qrafik məlumatlarını daxil edərək təhlil edilməsi üçün nəzərdə tutulub. Bu, istifadəçiyə seçilmiş məlumatlara rahat (asan) ümumi baxışı təmin edir və istehsalçı platformaları boyunca məlumatları təhlil emək imkanı verir.

 

İSTEHSAL

SCADA sistemimizin istehsal modulu SCADA sistemimizin məlumat bazasındakı bütün istehsal məlumatlarına tam çıxışı təklif edir. Məlumatlar vaxt keçdikcə və ya digər məlumatların funksiyası olaraq çıxarıla (əldə oluna) və qrafik şəkildə çəkilə bilər. Bütün məlumatlar normallaşdıqdan sonra məlumatları eyni və ya müxtəlif növ qurğular arasında və ya qurğu istehsalçıları boyunca müqayisə etmək mümkündür.

Subscribed